“Kağız zəmanətlər Rusiyanı dayandırmaz”
18 Dekabr 19:29
18 Dekabr 19:29
18 Dekabr 19:19
18 Dekabr 18:29
18 Dekabr 17:41
23 Fevral 2024 18:48
3 549
Rusiya Xarici İşlər Nazirliyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) İrəvan qarşısında mandat və öhdəliklərini yerinə yetirməməsi ilə bağlı Ermənistan hakimiyyətinin ittihamlarını qəbul etmir.
Trend xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.
“Biz o mövqedən çıxış edirik ki, İrəvan hüquq və öhdəlikləri ilə təşkilatın tamhüquqlu üzvü olaraq qalmaqda davam edir. Moskva ümid edir ki, İrəvan mövcud narahatlıqların sakit dialoq şəraitində müzakirə olunması və həll edilməsinin zəruriliyi qənaətinə gələcək.
Paşinyanın bəyanatlarının arxasında nəyin nəzərdə tutulmasına dair ikitərəfli kanallar vasitəsilə hərtərəfli aydınlıq gətirilməsini gözləyirik”, - bəyanatda qeyd olunub..
Xatırladaq ki, Ermənistanın Baş naziri Nikol Paşinyan Fransaya səfəri çərçivəsində “France 24” telekanalına müsahibəsində Moskvanın dominantlıq etdiyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) ölkəsinin iştirakını faktiki olaraq dondurduğunu deyib.
Bunun ardınca isə KTMT və Kreml Ermənistanın təşkilata üzvlüyünün dondurulması ilə bağlı rəsmi bildiriş göndərmədiyini bəyan edib.
18 Dekabr 19:43
1 183
18 Dekabr 19:17
1 043
18 Dekabr 18:51
959