"Opponentlərin məqsədi “Qara pulları” gizlətməkdir" Dünya

"Opponentlərin məqsədi “Qara pulları” gizlətməkdir"

"Biz inadla xəttimizi davam etdirəcəyik və arqumentlər tələb edəcəyik".

Bunu Gürcüstan Parlamentinin sədri Şalva Papuaşvili "İmedi" telekanalının efirindı qonaq olarkən "Xarici təsirin şəffaflığı haqqında" qanun layihəsindən danışarkən bildirib.

Parlament sədrinin sözlərinə görə, opponentlərin məqsədi “Qara pulları” gizlətməkdir.

“Cəmiyyəti cəlb etməyə çalışan bu kasta, QHT-siyasi simbioz var. Yeganə məqsəd o qara pulları gizlətməkdir - vergilərin gizlədildiyi maliyyə mənasında yox, təyinatına görə qeyri-şəffaf olması ilə bağlı qara pullar. Bunun üçün nə qədər enerji sərf olunur və bu qədər enerji sərf etmək üçün nə qədər şey ört-basdır edilir”, - Şalva Papuaşvili qeyd edib.

Cavid