Qiyamçılar təxliyə avtobuslarını yandırıb Dünya

Qiyamçılar təxliyə avtobuslarını yandırıb

Suriyanın İdlib vilayətində hökümətin nəzarət etdiyi ərazilərdən xəstələri və yaralıları çıxarmaq üçün nəzərdə tutulmuş bəzi avtobuslar qiyamçılar tərəfindən yandırılıb. Hökümətyönlü qüvvələr Hələbdə təxliyə işlərinin başladılması üçün şiə kəndlərindən insanların köçürülməsinə icazə verilməli olduğunu deyir. Hələbin şərqində minlərlə insan çıxılmaz vəziyyətdə yaşayır. Suriyanın dövlət mediası yazır ki, avtobuslar Hələbi tərk etməyə başlayıb, amma digər məlumatlar onların döndüyünü bildirir.
Cümə günü qiyamçıların sonuncu igamətgahlarında qalanları təxliyə etmək planları reallaşmayıb, nəticədə sakinlər soyuq hava şəraitində yeməksiz və sığınacaqsız qalıblar. Ləngimələrə baxmayaraq, bazar günü avtobuslar həm şərqi Hələbdən, həm də İdlib vilayətində hökümətin nəzarətində olan ərazilərdən insanların təxliyəsini həyata keçirməli idi. Britaniyada fəalliyyət göstərən Suriya İnsan Haqları Müşahidə qrupu bir neçə avtobusun qiyamçıların mühasirəsində olan Foah və Kefraya kəndlərinə girə bildiyini söyləyib. Bundan əvvəl əl-Qaidə ilə əlaqəli Nüsrə Cəbhəsi kimi tanınan Cəhbə Fatah əl-Şamın avtobusların qarşısını kəsdiyi söylənilirdi.
"Yolda 6 avtobusun yararsız hala salınıb, Müşahidə qrupu bildirib. Dövlət mediası bildirib ki, "silahlı terrorçular" 5 avtobusa hücum edərək onları yandırıb və yararsız hala salıblar. AFP agentliyindən müxbir bildirib ki, silahlı kişilər avtobus sürücülərini düşürdükdən sonra avtobusların işıqlarına atəş açıb. Müxalifətin bəzi mənbələri deyir ki, hadisəni Cəhbə Fatah əl-Şam törədib. Lakin Hizbullahın əl-Mənər və Beyrutda yerləşən suriyapərəst əl-Məyədin televiziyaları hadisənin cihadçı qruplar arasında qarşıdurma nəticəsində baş verdiyini bildirib. Qiyamçı qruplar hadisəylə bağlı hələlik açıqlama verməyib.