“Pirqulu Park” hotelində 600 nəfərlik konqres binası yaradılıb - FOTO
Ayxan Hacızadə Fransanın Azərbaycana səyahət xəbərdarlığını qətiyyətlə pisləyib
Bu gün regional təhlükəsizliklə bağlı məsələlər çox mühüm əhəmiyyət daşıyır
Türkiyə və İtaliya şirkətləri yeni zirehli texnikanın sınaqlarını başa çatdırıb
12 azərbaycanlı uşaq türk adlarına görə doğum haqqında şəhadətnaməsiz qalıb
16 İyul 2024 16:04
2 611
İsrailin sutka ərzində Qəzza zolağına endirdiyi zərbələr nəticəsində 17 nəfər ölüb.
APA-nın “Reuters“ə istinadən xəbərinə görə, hərbi aviasiyasının hədəfində əsasən regionun cənub və mərkəzi hissələri olub.
Rəfah bölgəsindəki aviazərbələr zamanı isə bir ailənin üzvü olan 5 nəfər həlak olub.
Nuseyrada qaçqın düşərgəsi və Qəzzanın şimalına hava reydləri zamanı 4 nəfər həyatını itirib. Zərbələrin hədəfində ümumilikdə 40 fərqli məntəqə olub.
İsrail ordusu əsasən tank əleyhinə raket, habelə minaatanlardan istifadə edildiyini açıqlayıb.
Bu arada, “İslami Cihad” qruplaşması İsrailin cənubunu hədəfə alıb. Dağıntı və tələfat barədə informasiya verilməyib.
Qeyd edək ki, Fələstinin Səhiyyə Nazirliyi İsrailin Qəzzaya hərbi müdaxiləsi zamanı 38 min fələstinli qətlə yetirilib.