
44 günlük savaşda ermənilərin vurduğu ziyanın həcmi...
11 Fevral 23:12
11 Fevral 23:12
11 Fevral 22:17
11 Fevral 20:03
11 Fevral 19:33
İsrail Qəzza zolağının Misirlə sərhədində yerləşən Filadelfiya dəhlizindən qoşunlarını çıxarmaq niyyətində deyil.
APA xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu keçirdiyi mətbuat konfransında deyib.
Onun sözlərinə görə, bu dəhlizə nəzarət HƏMAS silahlılarını məğlub etmək üçün açar rol oynayır.
İsrailin Baş naziri qeyd edib ki, HƏMAS-a qarşı müharibədə dörd məqsəd var.
Söhbət HƏMAS-ın məhv edilməsindən və girovların azad edilməsindən gedir.
Bundan əlavə, İsrail Qəzzanın artıq İsrail üçün təhlükə yaratmamasını və İsrailin şimalındakı sakinləri təhlükəsiz şəkildə evlərinə qaytarmağı hədəfləyir.
“Bu məqsədlərdən üçü Filadelfiya dəhlizindən asılıdır. Bu, HƏMAS üçün oksigen və silah mənbəyidir”, - Netanyahu vurğulayıb.