Prezident İlham Əliyev: Bizim xarici borcumuz çox aşağı səviyyədədir
Prezident xarici və yerli investorları Azərbaycana sərmayə qoymağa çağırıb
Dövlət başçısı: Azərbaycan dünya miqyasında gözəl imic və etibarlı tərəfdaş adı qazanıb
Azərbaycan tarixində ilk dəfə Batareya Enerji Saxlanc Sistemi yaradılır
5 Oktyabr 2024 09:34
3 521
ABŞ ordusu Yəməndə “Ənsar Allah” hərəkatının husi üsyançıları ilə əlaqəli olan 15 hədəfə zərbələr endirib.
APA xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.
"CENTCOM qüvvələri bu gün Səna vaxtı ilə saat 17:00 radələrində Yəməndə husilərin nəzarətində olan ərazidə husilərə bağlı olan 15 hədəfə zərbə endirib. Hədəflər hücum silahlarından ibarət olub", - deyə CENTCOM-un “X” hesabındakı bəyanatında deyilir.
Bundan əvvəl üsyançılara məxsus “Al Masirah” telekanalı Yəməndə paytaxt Sənanın, həmçinin Damar, Hodeyda və Əl-Beydə şəhərlərinin hücuma məruz qaldığını açıqlamışdı.