Tehran: "Səma ya hamı üçün açıq olmalıdır, ya da heç kim üçün"
25 Sentyabr 16:54
25 Sentyabr 16:54
25 Sentyabr 15:07
25 Sentyabr 14:10
“Anım Günü şəhidlərin adlarının daim yaşadılması baxımından xüsusi əhəmiyyət daşıyır”
Əliyev Yeltsinlə niyə görüşmüşdü? - Vaşinqtonda verilən cavab və BMT-nin xilası
Çin və ABŞ 30 milyard dollarlıq rüsumları qarşılıqlı azaldır
Pezeşkiyan: Hörmüz boğazının açılması memoranduma uyğun həyata keçirilməlidir
1 Dekabr 2024 20:31
2 814
Türkiyə Xarici İşlər Nazirliyinin rəhbəri Hakan Fidanla ABŞ Dövlət katibi Entoni Blinken arasında telefon danışığı olub.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə TASS-a Türkiyə Xarici İşlər Nazirliyindəki mənbə bildirib.
"Xarici işlər naziri Hakan Fidan dekabrın 1-də ABŞ Dövlət katibi Blinkenlə telefon danışığı aparıb. Suriyada baş verən son hadisələr müzakirə olunub. Fidan Türkiyənin bölgədə qeyri-sabitliyi artıracaq hadisələrin inkişafının əleyhinə olduğunu deyib. Gərginliyin azaldılması, Suriyada sülh və əmin-amanlığın bərqərar olması üçün rejim və müxalifət arasında siyasi prosesin tamamlanmasının vacibliyini O, Türkiyəyə və Suriyanın mülki əhalisinə qarşı terror fəaliyyətinə heç vaxt icazə verilməyəcəyinə də diqqət çəkib”, - mənbə vurğulayıb.
O, həmçinin əlavə edib ki, söhbət zamanı Ukrayna və Cənubi Qafqaz, eləcə də Qəzza zolağı ilə bağlı məsələlər də müzakirə edilib:
"Nazir Fidan bildirib ki, İsrail Livanda atəşkəsin daimi olması üçün verdiyi vədlərə əməl etməlidir. O, Qəzzada ən qısa zamanda atəşkəsin yaradılmasının və bölgəyə humanitar yardımların çatdırılmasının vacibliyini xatırladıb".
Qeyd edək ki, Suriyada "Təhrir əş-Şam" İdlib və Hələbi ələ keçirib, eyni zamanda, Həmaya hücum edib.
26 Sentyabr 12:57
861
26 Sentyabr 12:51
826
25 Sentyabr 17:59
1 036