İran XİN ABŞ-ı hərəkətlərinə görə məsuliyyətə cəlb etməyə çağırıb
Donald Tramp: Azərbaycan Prezidentini Qəzza üzrə Sülh Şurasına dəvət etməkdən böyük şərəf duyuram
QMİ: Həcc ziyarəti ilə bağlı kvotanın 60 faizdən çoxu tamamlanmaq üzrədir
Azərbaycan-Kərkük elmi, ədəbi-mədəni əlaqələrinin inkişaf etdirilməsi istiqamətində növbəti addım
6 Dekabr 2024 13:17
2 254
Türkiyə Vəkillər Kollegiyasının (Türkiye Barolar Birliği - TBB) 38-ci ümumi yığıncağı 7-8 dekabr tarixlərində keçiriləcək.
Xalqcəbhəsi.az-ın məlumatına görə, bu haqda Türkiyənin “yenicaggazetesi.com.tr” saytı xəbər paylaşıb.
Xəbərdə bildirilir ki, yığıncaqda əvvəlcə şuranın sədri seçiləcək, daha sonra isə əvvəlki dövr hesabatları müzakirə edilərək səsverməyə çıxarılacaq.
Ümumi yığıncağın ikinci günündə isə prezident seçkiləri keçiriləcək, idarəetmə, intizam və müşahidə qaydaları müəyyənləşəcək. Erinç Sağkanın yenidən namizəd olduğu seçkilərdə Samsun Vəkillər Kollegiyasına qeydiyyatdan keçmiş vəkil Emrah Yavuzcan və Muş Vəkillər Kollegiyasına qeydiyyatdan keçmiş Mehmet Zahit Söylemez də prezidentlik uğrunda mübarizə aparacaq.