Tehran: "Səma ya hamı üçün açıq olmalıdır, ya da heç kim üçün"
25 Sentyabr 16:54
25 Sentyabr 16:54
25 Sentyabr 15:07
25 Sentyabr 14:10
Ceyhun Bayramov Nyu-Yorkda “77-lər qrupu və Çin”in 50-ci nazirlər toplantısında çıxış edib
Prezident İlham Əliyev Qazaxıstan dövlət başçısına başsağlığı verib
AIIF 2026: Cənubi Qafqaz-Mərkəzi Asiya əməkdaşlığı mövzusunda panel sessiya keçirilib
İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda Orta Dəhliz müzakirə olunub
Metroda şok hadisə: kişi özünü hərəkətdə olan qatarın yoluna atdı
10 Dekabr 2024 14:18
3 059
Bərbad gündə olan yaşayış məntəqələri, dağıdılmış evlər, yeraltı, yerüstü həbsxanalar, qəzəbli kütlə. Bütün bunlar Bəşər Əsəddən sonra qalan Suriyanın görüntüləridir.
Bunu "Xalq Cəbhəsi"nə siyasi ekspert Əkrəm Bıydəmirli deyib.
O, qeyd edib ki, Avropada təhsil alan, ixtisasca göz həkimi olan bu zalım oğlu deyəsən, heç bir quruculuq işləri ilə məşğul olmayıb. Millətin gözünə, həyatına işıq vermək əvəzinə, böyük kütlələrin gözünün odunu alıb. Amma, lakin kütlənin gücünü hesablamaq çox çətindir. Görünən odur ki, suriyalılarda illərdən bəri toplanmış və sıxılmış enerji cövlan edir:
"Bu enerji inkişafa, dövlət qurmağa, azad yaşamağa yönələcək, yoxsa yenidən qruplaşmalara, dağıdıcılığa sərf olunacaq. Bunu yalnız zaman göstərəcək. Müsbət haldır ki, Suriya müxalifəti ortaq məxrəcə gəlmək istədiyini bəyan edərək barışa, sabitliyə, inkişafa doğru gedəcəyini bildirir.
(Heyət Təhrir əş-Şam) HTŞ lideri Əbu Məhəmməd Colani mediaya müsahibəsində intiqam hissi ilə hərəkət etməyəcəklərini və hər kəsə anlayışla yanaşacaqlarını bildirib. Bizim məqsədimiz sülh və əmin-amanlığı bərpa etməkdir. Biz, Suriyanın hər bir vətəndaşı üçün yeni bir başlanğıc təmin etmək niyyətindəyik, – deyə Colani qeyd edib. Media müsahibələrinə nəzər saldıqda bu qənaətə gəlmək olar ki, Colani mövcud situasiyanı düzgün dəyərləndirən bir siyasətçidir.
Digər tərəfdən Suriyanın parçalanmasına deyil, normal dövlət olmasını, inkişafını, əhalinin dinc yaşamasını istəyən, bu istiqamətdə səylər göstərən Türkiyə var. Regional güc olan qardaş Türkiyə bölgədə sabitliyin təmin olunmasında öz töhfəsini verə bilər və ümid edirik verəcək.
Təbii ki, Suriyanı parçalamaqda, vətəndaş müharibəsinin başlamasında maraqlı qüvvələr var. Həmin məkrli qüvvələrin öz çirkin planlarının baş tutması Suriya müxalifətinin davranışından və bir çox proseslərin gedişindən asılı olacaq".
Cavid
25 Sentyabr 17:59
602
25 Sentyabr 17:16
665
25 Sentyabr 14:37
721