Rəsmi Moskva: Avropa ilə münasibətlərin yaxşılaşması üçün əsas yoxdur
Narkotiklərin təsiri altında avtomobil idarə edən sürücü həbs edilib
Nepalda daşqın nəticəsində ölənlərin sayı 668-ə çatıb - YENİLƏNİB
Təmir işləri ilə əlaqədar 21 marşrutun hərəkət sxemi dəyişdirilib
“Qalatasaray” Rafael Leaonun transferi ilə bağlı rəsmi danışıqlara başladığını açıqlayıb
19 May 2025 07:50
3 262
Mən bu hərəkəti danışıqlar kimi qiymətləndirmirəm.
Bu, Ukraynaya lazım olan nəticəyə gətirib çıxarmayacaq görüşdür.
Bunu "Xalq Cəbhəsi"nə mayın 16-da İstanbulda keçirilən Rusiya-Ukrayna danışıqlarına münasibətində “Qadınların Geosiyasi Alyansı”nın (Ukrayna) prezidenti Svetlana Salamatova deyib.
O, qeyd edib ki,
bu görüş qlobal liderliyin transformasiyaya ehtiyacı olduğunun daha bir təsdiqidir. Çox təəssüf ki, Rusiya Federasiyasının hərbi hərəkətləri lazımi dəyişikliklərin sürətləndiricisidir:
"Ukrayna bütün daxili və xarici resursları səfərbər etməyə və Rusiyanın ABŞ və Avropa liderləri ilə ünsiyyət imkanlarını bağlamağa borcludur.
Daxili olaraq, Ukrayna hərbi büdcəsini azaltmaq üçün maliyyə siyasətinə yenidən baxmalıdır. Bürokratiya 10 milyondan çox azalan əhaliyə nisbətdə azalmalıdır. Müharibə dövründə oliqarx klanların enerji sektorunda qazanclarını ikiqat artırmaq imkanları tamamilə aradan qaldırılmalıdır.
Hakimiyyət orqanları ilə vətəndaş cəmiyyəti arasında qarşılıqlı fəaliyyətin milli dialoqu Ukraynada dövlət idarəçiliyinin yeni modelinin inkişafı üçün əsas olmalıdır.
Putin Ukraynanı dağıtmaqla kifayətlənməyəcək. Xüsusilə indi, ABŞ prezidenti İstanbul və BMT də daxil olmaqla, ona qalib gəlmək üçün hər cür fürsəti verir.
Ukraynanın təhlükəsizliyinin təminatçısı olan ölkələrin qoşunları Ukrayna ərazisinə daxil olana qədər heç bir danışıqlar uğurlu olmayacaq".
Cavid