Putin-Tramp görüşündən ən incə detallar Dünya

Putin-Tramp görüşündən ən incə detallar

Mütəxəssislər ABŞ Prezidenti Donald Tramp ilə Rusiya Prezidenti Vladimir Putinin ilk görüşündə liderlərin bədən dillərini şərh ediblər.
İki ölkənin liderlərinin ilk dəfə G20 zirvəsində bir araya gəlməsi dünya gündəminin əsas maraq dairəsini təşkil edib. Bununla bağlı olaraq görüş ən incə detallarına qədər müzakirə edilib.
D.Tramp və V.Putinin bədən dilini İngiltərənin məşhur bədən dili mütəxəssislərindən olan Daren Stanton şərh edib.
O bildirib ki, hər iki lider bir-birinə sayğı çərçivəsində yanaşıb.
Mütəxəssis Trampın görüş salonundakı "ən güclü adam" obrazına girdiyini, Putinin isə güvənini və gücünü sərgiləmək istədiyini deyib. Trampın əlləri birləşik, Putinin ayaqları açıq şəkildə oturmasının klassik dominant tərz olduğunu vurğulayıb.
Görüş əsnasında Trampın Putinə əlini uzatdığı an ABŞ istehsalı olan "House of cards" serialının bir səhnəsinə bənzədilib.
Belə ki, serialda ABŞ prezidenti rolunu canlandıran aktyor Trampın hərəkətinə bənzər şəkildə əl uzatmış və Putinin baxışlarının eynisi olan reaksiya ilə qarşılaşmışdı. Mütəxəssis Stanton bu səhnədə Trampın "zərərsiz" olduğunu, Putinin isə ona "tərəddüd" ilə yaxınlaşdığını ifadə edib.
Qeyd edək ki, iki lider arasındakı "house of cards" səhnəsi sosial şəbəkələrdə "həyat sənəti təqlid edir" başlığı ilə şərh edilib.