“Azərbaycan və Ermənistan prezidentlərinin birbaşa dialoqunun tərəfdarıyıq“ Dünya

“Azərbaycan və Ermənistan prezidentlərinin birbaşa dialoqunun tərəfdarıyıq“

Fransa Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair mütəmadi danışıqların aparılmasının tərəfdarıdır.
Bu barədə Fransanın Ermənistandakı səfiri Jan-Fransua Şarpantye deyib. "Bizim yanaşmamız belədir: biz dövlət başçıları arasında birbaşa və mütəmadi dialoqun aparılmasının tərəfdarıyıq. Buna görə, xarici işlər nazirləri arasında bu yaxınlarda keçirilən görüşü alqışlayırıq. Dəfələrlə söyləmişik ki, münaqişənin hərbi yolla həlli yoxdur. Münaqişə ancaq danışıqlar yolu ilə, mütəmadi dialoq vasitəsi ilə nizamlana bilər".

Diplomatın sözlərinə görə, yalnız xarici işlər nazirləri arasında görüşlərlə kifayətlənmək lazım deyil, dövlət başçıların görüşünün təşkil edilməsi zəruridir.
"Sonuncu görüş buna kömək edə bilər və növbəti görüşlərin baş tutması üçün fəal işləmək lazımdır", - deyə səfir qeyd edib.