Maduro Starmerin bəyanatını “ağılsızlıq” adlandırıb Dünya

Maduro Starmerin bəyanatını “ağılsızlıq” adlandırıb

Venesuela prezidenti Nikolas Maduro Böyük Britaniyanın baş naziri Keir Starmerin müharibəyə hazırlıqla bağlı bəyanatını “ağılsızlıq” adlandırıb və Avropada müharibə əleyhinə hərəkat yaratmağı təklif edib.

"Böyük Britaniya, London, Liverpul xalqına baş nazirinizin bu çılğın, çıxılmaz müharibə çağırışına cavab verməyi təklif edirəm" deyib prezident Venezola de Televisión telekanalında yayımlanan "Maduro Plus ilə" proqramında.

O vurğulayıb ki, "Venesueladan deyirik: müharibəyə yox, bəşəriyyətin sülhə ehtiyacı var və Avropada müharibə haqqında danışmaq vəhşilikdir".

Maduro hesab edir ki, Starmer iki dünya müharibəsini başlatmış dekadent elita və silah istehsalçıları adından müharibədən danışır. “Qırmızı Ordunun nasistləri məğlub edərək bütün Avropanı azad etməsindən 80 il keçir, 80 ildən sonra isə onlar böyük müharibəyə hazırlaşdıqlarını deyirlər”, - prezident bildirib.

Cavid