Hindistan ordusu Somali sahillərində 20 dənizçini quldurlardan azad edib Dünya

Hindistan ordusu Somali sahillərində 20 dənizçini quldurlardan azad edib

Hindistan Hərbi Dəniz Qüvvələrinin gəmisi və xüsusi təyinatlı qüvvələr Ərəbistan dənizində, Somalinin şimal-şərq sahillərində quldurlar tərəfindən ələ keçirilən balıqçı gəmisinin 20 heyət üzvünü azad edib.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə "ANI" agentliyi məlumat yayıb.

İki gündən çox davam edən əməliyyatda kəşfiyyat təyyarəsi və "C-17" hərbi nəqliyyat təyyarəsindən gəmiyə desant olunan dəniz xüsusi təyinatlıları iştirak edib.

Əməliyyat zamanı dənizçilərdən və hərbçilərdən heç kim xəsarət almayıb. Quldurların oktyabr ayında ələ keçirdikləri bu gəmidən ticarət gəmilərinə hücum etmək üçün üzən baza kimi istifadə etməyi planlaşdırdıqları bildirilir. Hindistanın müdafiə naziri Racnat Sinq uğurlu əməliyyatın ölkəsinin Hind okeanında təhlükəsizliyi və azad gəmiçiliyi təmin etmək əzmini bir daha sübut etdiyini vurğulayıb.

Məryəm Quliyeva