23 Yanvar 21:20
23 Yanvar 16:40
23 Yanvar 16:07
13 İyul 2025 15:52
2 618
Rusiya hava hücumundan müdafiə sistemləri Luqansk Xalq Respublikasının ərazisində, Luqansk şəhərinin cənub-qərbində yerləşən Ostra Moqila rayonu yaxınlığında Ukraynaya məxsus pilotsuz uçuş aparatını (PUA) 900 metr hündürlükdə vurub.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə TASS agentliyi hüquq-mühafizə orqanlarına istinadla məlumat yayıb.
Mənbənin sözlərinə görə:"Luqanskın cənub-qərbindəki Ostra Moqila bölgəsində RAM-2X tipli PUA vurulub. Uçuş hündürlüyü 900 metr olub."
Məlumata əsasən, dağıntı qeydə alınmayıb.
Məryəm Quliyeva