Erməni siyasətçi: “Sərkisyanın yeri türmədir” Dünya

Erməni siyasətçi: “Sərkisyanın yeri türmədir”

Ermənistanda fəaliyyət göstərən "Erkir Tsirani" partiyasının sədri Zarui Postancanyan İrəvanda keçirdiyi mətbuat konfransinda prezident Serj Sərkisyanı cinayətkar adlandırıb.
Ermənistan mətbuatı bildirir ki, 2018-ci ildə gözlənilən siyasi dəyişikliklərdən danışan siyasətçi xanımın fikrincə, gələn il S.Sərkisyan ölkənin baş naziri olmamalıdır. Partiya sədrinin sözlərinə görə, S.Sərkisyanın yeri baş nazir kürsüsü deyil, müttəhimlər kürsüsüdür. Onun əsl yeri islah əmək düşərgəsidir. S.Sərkisyan oğru və canidir. Ölkəni talayıb xaricə daşıdığı pulları ətrafındakı adamlarla bölüşdürür.
Erməni siyasətçisinin fikrincə, məhz S.Sərkisyanın siyasi addımları nəticəsində ötən ilin aprel ayında Ermənistan ağır məğlubiyyətə düçar olub.
Zarui Postancanyan nəzərə çatdırıb ki, S.Sərkisyanın bütün cinayətlərini sübuta yetirən faktlar sənədlər əsasında toplanıb və yaxın vaxtlarda mətbuata təqdim ediləcək.