Türkiyədə İŞİD-ə qarşı əməliyyat keçirilib, yeni il ərəfəsində terror planlaşdıran 115 nəfər saxlanılıb Dünya

Türkiyədə İŞİD-ə qarşı əməliyyat keçirilib, yeni il ərəfəsində terror planlaşdıran 115 nəfər saxlanılıb

İstanbulda İŞİD-ə qarşı keçirilən əməliyyat çərçivəsində yeni il ərəfəsində terakt törətməyi planlaşdıran 115 şübhəli şəxs saxlanılıb.

APA xəbər verir ki, bu barədə İstanbul Cümhuriyyət Baş Prokurorluğu məlumat yayıb.

Bildirilib ki, terror təşkilatı fəaliyyətləri çərçivəsində münaqişə bölgələri ilə əlaqələri olduqları müəyyənləşdirilən, eləcə də bir qismi haqqında Türkiyə və beynəlxalq səviyyədə terror cinayətləri ilə bağlı 137 şübhəli şəxs haqqında saxlanılma qərarı çıxarılıb və onların 115 nəfəri saxlanılıb.

Əməliyyat İstanbulda 124 fərqli adresdə keçirilib və nəticədə çoxlu sayda silah-sursat ələ keçirilib.