12:15
1 134
Çində dünyanın ən uzun yol tuneli olan Tianshan-Şenqli Tuneli açılıb. Onun uzunluğu 22 kilometrdən çoxdur.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə "Sinxua" agentliyi məlumat yayıb.
Tunel ölkənin şimal-qərbində, Sincan Uyğur Muxtar Rayonunda yerləşir. Bunun sayəsində dağlıq ərazidə səyahət müddətini bir neçə saatdan 20 dəqiqəyə endirmək mümkündür. Yol 16 qırılma zonasından keçir və yüksək seysmik aktivlik və çətin iqlim şəraiti olan ərazidə inşa edilib. Layihənin bölgədə yol hərəkəti təhlükəsizliyini və nəqliyyatın əlçatanlığını əhəmiyyətli dərəcədə yaxşılaşdıracağı gözlənilir.
Həmçinin qeyd olunur ki, Tianshan-Şenqli avtomobil yolu G0711 Urumçi-Yuli avtomobil yolunun bir hissəsinə çevrilib. Sonuncu 324 kilometrdən çox uzunluqdadır və bölgənin şimal və cənub şəhərlərini birləşdirir. Avtomobil yolu tunelinin tikintisi beş il davam edib. Ümumi investisiya 46,7 milyard yuan (təxminən 6,63 milyard dollar) təşkil edib.
Məryəm Quliyeva