Türkiyə Müdafiə Nazirliyi Milli Dirçəliş Günü münasibətilə Azərbaycanı təbrik edib Siyasət

Türkiyə Müdafiə Nazirliyi Milli Dirçəliş Günü münasibətilə Azərbaycanı təbrik edib

Türkiyə Müdafiə Nazirliyi Azərbaycan xalqını Milli Dirçəliş Günü münasibətilə təbrik edib.

Bu barədə Türkiyə Müdafiə Nazirliyinin “X” hesabında paylaşım edilib.

“38 il əvvəl milli dirçəliş ruhu ilə müstəqilliyə doğru addımlayan və Qarabağda böyük qələbə qazanan Azərbaycan Türkü qardaşlarımızın Milli Dirçəliş Gününü təbrik edirik”, – paylaşımda bildirilib.