12:46
1 092
İran nüvə silahı hazırlamaq niyyətində deyil və bununla bağlı istənilən monitorinq tədbirlərinə hazırdır.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə İslam Respublikasının prezidenti Məsud Pezeşkian İslam İnqilabının qələbəsinin 47-ci ildönümü münasibətilə xalqa müraciəti zamanı bildirib.
“Biz dünya və öz xalqımız qarşısında səmimiyik. Nüvə silahı yaratmağa çalışmırıq. Bunu dəfələrlə bəyan etmişik və istənilən yoxlamalara hazırıq. Lakin ABŞ və Avropanın bəyanatları ilə ucaltdığı yüksək etimadsızlıq divarı bu danışıqların nəticə verməsinə imkan yaratmır. İran onların həddindən artıq tələbləri qarşısında baş əyməyəcək. İran ədalətsizlik və təcavüz qarşısında geri çəkilməyəcək. Biz regionda sülh və sabitlik naminə qonşu ölkələrlə dialoq aparırıq”, – deyə o bildirib.
Məryəm Quliyeva
11:51
1 085
11:49
1 134
10:33
1 281