Tramp NATO ölkələrini hədələyib
15 Aprel 23:53
15 Aprel 23:53
15 Aprel 23:50
15 Aprel 23:45
15 Aprel 23:43
18 Fevral 14:41
2 212
Türkiyə Avropanın təhlükəsizliyinin ayrılmaz hissəsidir və artıq ölkəsinin mövcud Avropa müdafiə və təhlükəsizlik mexanizmlərinə daxil edilməsinin vaxtı çatıb.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə Rəcəb Tayyib Ərdoğan bildirib.
"Uzun illərdir ki, bütün platformalarda ölkəmizin Avropa Birliyinə əhəmiyyətli dərəcədə müsbət töhfə verəcəyini izah edirik. Türkiyəni mövcud Avropa müdafiə və təhlükəsizlik mexanizmlərinə daxil etməyin vaxtı gəlib çatıb. Türkiyəni kənarlaşdıran və qlobal reallıqları nəzərə almayan yanaşmaların tamamilə məntiqsiz olduğunu qəbul etməliyik. Avropada yeni müdafiə arxitekturasının yaradılmasına gəldikdə isə, əgər belə niyyətlər varsa, bu arxitekturanın Türkiyəsiz natamam olacağı göz qabağındadır. Türkiyə ordusu bu gün NATO-nun ən böyük və ən təsirli ordularından biridir", - deyə jurnalistlər prezidentin sözlərini sitat gətiriblər.
Türkiyə lideri hazırkı beynəlxalq şəraitdə “Türkiyənin Avropaya inteqrasiyasının qarşısındakı ideoloji maneələri aradan qaldırmaq və beləliklə Avropanın mövqelərini gücləndirmək ən yaxşı seçimdir” deyib.
Ərdoğan əlavə edib:“Ordumuzdan tam əminik. Sayəsində biz yalnız danışıqlara qoşulan deyil, həm də sahədə öz imkanlarını göstərən ölkəyik. Ümid edirəm hər kəs başa düşdü ki, Türkiyə olmadan Avropa möhkəm təhlükəsizlik sistemi qura bilməz.”
Məryəm Quliyeva
15 Aprel 23:09
1 365
15 Aprel 16:38
1 540
15 Aprel 16:30
1 470