ABŞ-ın Yerusəlim qərarı Orta şərqdə yeni “səhifə açıb” Dünya

ABŞ-ın Yerusəlim qərarı Orta şərqdə yeni “səhifə açıb”

Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp bütün dünya dövlətlərinin (İsraildən başqa) ciddi xəbərdarlığına baxmayaraq, özündən əvvəlki prezidentlərin cürət etmədiyi addımı atdı və İsrail paytaxtının Yerusəlimə daşınması və ABŞ səfirliyinin yaxın illərdə bu şəhərə köçürülməsi haqda qərarını elan etdi. Regionla bu və ya digər dərəcədə təmasda olan, xüsusən də Orta Şərq ölkələri Trampın bu qərarını gözləmədiklərini bəyan etdilər və bildirdilər ki, Trampın Fələstin məsələsinə bu münasibəti onlarda şok effekti yaratdı. Həqiqətənmi bu belə idi? İsrailin paytaxtının Yerusəlimə köçürülməsi barədə ABŞ-ın qərarı təsadüfən verildimi? Tramp nədən öz sələflərinin yolu ilə getmədi? Onu Amerikanın Orta Şərq siyasətində ciddi rol oynayacaq bir qərarın verilməsinə məcbur edən amillər hansılardır?

Konfliktoloq Əlimusa İbrahimov bildirib ki, məsələ ilə bağlı suallar çoxdur və onlara qısa zaman çərçivəsində cavab vermək çox çətindir. Çünki onların bəzilərini cavablandırmağın zamana ehtiyacı var. Buna baxmayaraq bəzi məsələləri aydınlaşdırmağa dəyər. Ə.İbrahimov qeyd edib ki, Trampın bu qərarı bu gün hamının iddia etdiyi qədər də gözlənilməz deyildi. Bunun səbələrini aşağıdakı kimi formalaşdıra bilərik: İsrailin Paytaxtının Yerusəlimə keçirilməsi aktı ABŞ konqresi tərəfindən 1995-ci ildə qəbul olunmuşdur . Trampa qədər olan prezidentlər hakimiyyətdə olduqları dövrdə hər altı aydan bir bu qərara yenidən baxır və həyat keçirilməsini təxirə salırdılar. İyun ayında Tramp da bu qərarı ertələmişdi amma bununla yanaşı kürəkəni və qatı sionist Jared Kuşnerə tapşırmışdı ki, onun həyata keçirilməsi haqda tədqiqat aparsın. Təbii ki, Kuşner Yəhudi millətinə xidmət etmək üçün əlinə düşən imkandan istifadə etməyə çalışacaqdı; Las Veqas kazino maqnatı Şeldon Adelsonun Trampın 2016-cı il seçki kimpaniyasına xərclədiyi 25 milyon dollar və eləcə də digər Yəhudi lobbiçilərinin xərclədiyi milyonılara görə verilən vədlər yerinə yetirilməli idi. Məhz iyundan sonra - qərarın yerinə yetirilməsi təxirə salınandan sonra bu lobbiçilərin Trampdan hesab sormaları haqda informasiyalar mətbuata (Politico news) sızmışdı. Saudiyyə Ərəbistanı və ABŞ-ın ciddi-cəhdlə inkar etmələrinə baxmayaraq bu ölkələr arasında Yerusəlimdə İsrailin tam hakimiyyətinə imkan verən planı noyabr ayında razılaşdırmışdılar. İndi Səudiyyə Ərəbistanı öz xalqı qarşısında özünü doğrultmaq üçün yollar axtarır; ABŞ-ın regionda olan müttəfqlərinin qərarın qəbul ediləcəyindən qabaqcadan xəbərdar olmadığı inandırıcı görünmür. Ən azı ona görə ki, bu ölkələrin reaksiyaları diqqətə alınmalı idi; Səudiyyə Ərəbistanı ABŞ-ın yardımına arxalanaraq regionda sərbəst hərəkət azadlığı əldə etmişdi. Bu sərbəstliyin qiymətinin Fələstinlə ödəniləcəyi də gələn xəbərlər sırasında idi: Ərəb ölkələri arasında kövrək birliyin daha da zəiflədilməsi istiqamətində ABŞ və İsrail tərəfindən atılan addımlar yeni məkrli planın hazırlandığının göstəricisi idi. Qətərin Körfəz Əməkdaşlıq təşkilatından uzaqlaşdırılması bildiyimiz kim Orta Şərq ölkələri arasında ixtilafa səbəb olmuşdu: "Bütün qeyd etdiklərimiz deməyə əsas verir ki, Donald Trampın bu addımı heç gözlənilməz deyildi. Bu qərardan sonra Orta Şərq ölkələri yenə də müxtəlif qruplara bölündülər. Bu qərara sevincini gizlətməyən təkcə İsrail oldu. 1.6 milyard müsəlman, 2.2 milyar xristian 360 milyon ərəbin mövqeyini diqqətə almamağın onlar üçün nə ilə nəticələnəcəyini görməyən yəhudilər ind eyforiyadadırlar. Sabah onları nə gözlədiyi qaranlıqdır. Səudiyyə Ərəbistanı içinə çəkilmış durumdadır. Trampın bu qərarı orada müzakirə olunmur hələ. Yəqin ki, Məhəmməd İbn Salman ( vəliəhd və SƏ-nın faktiki başçısı) xalqın üzünə çıxmaq üçün yollar axtarır. İsraillə gizli münasibətləri əsaslandırmaq üçün bəhanə tapa biləcəkmi? İran Amerika və İsrailin üzərinə getmək üçün əlinə ciddi səbəb düşən opponent rolunu oynayır. Eyni zamanda bu qərarın ona verdiyi vəzifələri götür-qoy edir. Digər tərəfdən orada gizli sevinc hiss olunmaqdadır. Trampın bu qərarı onun İrana sanksiyaları yenidən tətbiq etməsi məsələsini bir qədər geriyə atdı. ABŞ özünə gəlməsi üçün vaxt qazanmalıdır və eyni zamnda qeyri-adekvat qərarların qəbulu bu qərarların dünya ölıkələri tərəfindən həyata keçirilməsini çətinləşdirir. Türkiyənin münasibəti bu ölkənin Prezidenti Rəcəb Təyyib Ərdoğanın dili ilə səsləndirilir: "Bu addımın atılması regionu atəşə alır. Bu hərəkətlə nə etmək istəyirsən, cənab Tramp? Bu nə mövqedir?" Həqiqətən suallar yetərincə çoxdur və bunları eyni zamanda cavablandırmaq olduqca çətindir. Nəticə çıxarmaq üçün bizim də zamana ehtiyacımız var".