09:23
1 260![]()
İranın BMT-dəki səfiri Əmir-Səid İravani, BMT-nin Baş katibinə və Təhlükəsizlik Şurasının sədrinə məktub ünvanlayaraq, amerikalıların İran gəmilərini saxlamasına və ABŞ tərəfindən törədilən dəniz "piratlığına" kəskin etirazını bildirib.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə "Tasnim" agentliyi məlumat yayıb.
Məktubda xüsusilə qeyd olunur:
"Mahiyyət etibarilə qanunsuz olan daxili normalara istinad etmək, güc tətbiq etməklə törədilmiş belə iyrənc bir cinayətə heç bir halda bəraət qazandıra bilməz. Bu cür davranış qanunsuz məcburetmə, qanuni beynəlxalq ticarətə müdaxilə və əmlakın qanunsuz ələ keçirilməsi nümunəsidir. Eyni zamanda, bu, beynəlxalq səviyyədə hüququn aliliyini ciddi şəkildə sarsıdan təhlükəli bir presedent yaradır".
Məryəm Quliyeva