17:22
938
ABŞ Hörmüz boğazına nəzarət edir və İran limanlarına gəmilərin hərəkətini bloklayır.
Xalqcebhesi.az xəbər verir ki, bu iddia ilə ABŞ-ın maliyyə naziri Skott Bessent "Fox News" telekanalına müsahibəsində çıxış edib.
"Biz deyirik ki, iranlılar boğaza nəzarət etmirlər. Boğaz tamamilə bizim nəzarətimizdədir. Biz İran limanlarına daxil olan və oradan çıxan gəmiləri bloklamışıq", - deyə o bildirib.
Bessent bu fikirləri ABŞ Mərkəzi Komandanlığının Amerika hərbi gəmilərinin Hörmüz boğazından keçməsi və kommersiya gəmilərini müşayiət etməsi barədəki məlumatını şərh edərkən deyib. Komandanlığın məlumatına görə, ABŞ bayrağı altında üzən iki ticarət gəmisi artıq boğazdan təhlükəsiz şəkildə keçib və Amerika qüvvələri mülki gəmiçiliyin bərpasında iştirak edir.
Məryəm Quliyeva