Turçinov qaynar nöqtələrə gedib Dünya

Turçinov qaynar nöqtələrə gedib

Ukrayna prezidentinin səlahiyyətlərini icra edən Aleksandır Turçinov dünən Ukraynanın şərqinə yola düşüb.
Turçinov regionda baş verən hadisələrlə yaxından tanış olmaq üçün bu qərarı verib.
Bu xəbəri jurnalistlərə Ali Radanın vitse-spikeri Ruslan Koşulinsi deyib. Onun sözlərinə görə, Turçinov şərqi Ukraynanın ən qaynar yerlərinə gedib oradakı vəziyyətlə yaxından tanış olacaq və hərbiçilərə lazımlı təlimatları çatdıracaq.
Ukrayna müdafiə nazirinin səlahiyyətlərini icra edən Mixail Koval jurnalistlər üçün mətbuat konfransı keçirərək bəzi suallara aydınlıq gətirib.
Müdafiə naziri Ukrayna tərəfinin münaqişə dövründə 42 əsgər itirdiyini bildirib.
Kovalın sözlərinə görə, Ukrayna ordusu bu günə qədər davam edən əməliyyatlar zamanı 1 nəfər də olsun dinc sakinin yaralanmasına yaxud da ölümünə səbəb olmayıb. Amma separatçıların qanunsuz əməlləri nəticəsində isə çoxlu sayda dinc sakin xəsarət alıb və dünyasını dəyişib.