Çin kosmosa iki yeni peyk buraxdı​​​​​​​ Dünya

Çin kosmosa iki yeni peyk buraxdı​​​​​​​

Çərşənbə axşamı Çin “Cutsüe-2E” Y6 (Zhuque-2E Y6) raket-daşıyıcısının buraxılışını uğurla həyata keçirib və raket iki yeni peyki kosmik orbitə çıxarıb.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə “Sinxua” agentliyi məlumat yayıb.

Raket-daşıyıcı Pekin vaxtı ilə saat 16:23-də (Bakı vaxtı ilə 12:23-də) Çinin şimal-qərbindəki Dunfın kommersiya kosmik innovasiyaları üzrə pilot zonasından start götürüb.

Orbitə çıxarılan kosmik aparatlar “Spacesail DTC 01” və “China Mobile 02” adlarını alıblar.

Məryəm Quliyeva