Rütte: İran nüvə silahı yaratmaqdan hər zamankından daha uzaqdır Gündəm

Rütte: İran nüvə silahı yaratmaqdan hər zamankından daha uzaqdır

NATO-nun Baş katibi Mark Rütte hesab edir ki, İran nüvə silahı yaratmaqdan hər zamankından daha uzaq bir nöqtədədir.

Xalqcebhesi.az xəbər verir ki, o, bu barədə NATO Şurasının müdafiə nazirləri səviyyəsində keçirilən sessiyasının açılışında bəyan edib.

"Bütün NATO ölkələri razıdır ki, İranın nüvə silahı əldə etməsinə icazə verilməməlidir. Bu gün ABŞ-nin addımları nəticəsində İran nüvə silahı əldə etməkdən hər zamankından daha uzaqdır", — deyə o, bildirib.

Onun sözlərinə görə, NATO-da hər kəs "ABŞ və İran arasındakı saziş nəticəsində sülhün bərqərar olacağını gözləməkdən ruhlanır" və bu saziş "müstəsna bir nailiyyətdir". "Sizə təşəkkür edirəm və təbii ki, ABŞ Prezidentinə təşəkkür edirəm", — deyə Rütte Pentaqonun rəhbəri Pit Heqsetə müraciətlə bildirib.

O, həmçinin qeyd edib ki, NATO ölkələri Hörmüz boğazında gəmiçilik azadlığının qorunması səylərində öz iştiraklarını müzakirə edəcəklər.

Məryəm Quliyeva