11:56
1 057
Ukrayna Prezidenti Volodimir Zelenski Kiyev üçün daha sərfəli şərtlər qazanmaq ümidi ilə ABŞ ilə dron istehsalına dair sazişin imzalanmasını təxirə salır.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi öz mənbələrinə istinadən yazır.
Adının açıqlanmasını istəməyən ukraynalı rəsmilərin sözlərinə görə, Zelenski "ABŞ-dan daha yaxşı şərtlər istəyir", həmçinin amerikalı rəsmiləri "sazişin dəyərini etiraf etməyə" məcbur etmək istəyir. Agentliyin həmsöhbətləri bildiriblər ki, Vaşinqton saziş çərçivəsində Ukraynanın şəxsi texnologiyalarına çıxış əldə etmək niyyətindədir. Zelenskinin kommunikasiya üzrə müşaviri Dmitri Litvin isə "Bloomberg"ə şərhində Kiyevin sazişin bağlanmasını ləngitməyə çalışmadığını bəyan edib.
ABŞ Prezidenti Donald Trampın iyulun 8-də Ankarada keçiriləcək NATO sammiti çərçivəsində Zelenski ilə görüşü planlaşdırılır.
Məryəm Quliyeva
11:49
1 064
11:42
609
11:41
1 106