13:11
1 015
İranın Çabaharı limanındakı dəniz hərəkətini idarəetmə mərkəzi ABŞ-nin endirdiyi zərbə nəticəsində zədələnib.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə ISNA agentliyi məlumat yayıb.
Məlumata görə, insident limanın işinə təsir göstərməyib, gəmilərin naviqasiyası fasiləsiz olaraq davam edib.
İyulun 8-i və 9-da İslam Respublikasının mediası İranın liman şəhərləri olan Ağqala, Bəndər-Abbas, Cask, İsfahan, Sirik və Çabaharıda, həmçinin Əbu Musa adasında və Buşəhr əyalətinin bəzi bölgələrində partlayışların baş verdiyi barədə məlumat yayıb.
Məryəm Quliyeva