15:40
581
İsrailin Baş naziri Binyamin Netanyahu bu həftə hər ikisinin Vaşinqtonda olduğu vaxt Volodimir Zelenski ilə görüş keçirməkdən imtina edib.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə "Haaretz" qəzeti vəziyyətlə tanış olan mənbələrə istinadən məlumat verib.
Qəzetin həmsöhbəti bildirib ki, əvvəlcə Zelenskinin ofisi əvvəlcə görüş təyin etmək üçün Netanyahunun ofisi ilə əlaqə saxlayıb, lakin "İsrail tərəfi buna cavab verməyib". Digər bir ukraynalı mənbə isə "Haaretz"ə müsahibəsində iddia edib ki, guya görüşü ilk olaraq Netanyahunun dəftərxanası təklif edib, lakin Zelenskinin ofisi razılıq verdikdən sonra İsrail rəsmiləri iyulun 28-dək heç bir cavab verməyiblər. İyulun 28-də isə İsrail rəsmiləri baş nazirin vaxt azlığı səbəbindən Zelenski ilə görüşə bilməyəcəyini bəyan ediblər.
Məryəm Quliyeva