Tehran: Ukraynanın Xəzərdə İran gəmisinə hücumu qəsdən olunub Dünya

Tehran: Ukraynanın Xəzərdə İran gəmisinə hücumu qəsdən olunub

Tehran Kiyevin əksini iddia etməsinə baxmayaraq, Ukrayna Silahlı Qüvvələrinin Xəzər dənizində İran gəmisinə endirdiyi zərbənin qəsdən edildiyinə dair sübutlara malikdir.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə İran XİN-in nümayəndəsi Esmail Bəqayi bəyan edib.

"Ukrayna rəsmilərinin sözlərinə görə, bu insident təsadüfi olub, lakin mövcud sübutlar hücumun qəsdən edildiyini göstərir", — deyə Bəqayi həftəlik brifinq zamanı bildirib. Onun sözlərinə görə, Tehran Ukraynanın öz əməllərinə görə cavab verməsi və bu cür insidentlərin bir daha təkrarlanmaması üçün bütün zəruri tədbirləri görəcək.

Məryəm Quliyeva