Seutada miqrant xaosu: İspaniya kəşfiyyatı və polisi cihadçı axtarışına başladı Dünya

Seutada miqrant xaosu: İspaniya kəşfiyyatı və polisi cihadçı axtarışına başladı

İspaniya hüquq-mühafizə organları miqrant axını zamanı Afrika qitəsinin şimal sahilində yerləşən muxtar Seuta şəhərinə sızmış ola biləcək potensial cihadçıları və cinayətkarları mümkün qədər tez müəyyənləşdirməyə çalışır.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə "El Confidencial" qəzeti Daxili İşlər Nazirliyindəki mənbələrə istinadən məlumat verib.

Nəşrin versiyasına görə, Mülki Qvardiyanın və Milli Polisin əməkdaşları qanunsuz miqrantların kütləvi daxilolma videoqeydlərini təhlil edir və şəhər küçələrində patrul xidməti aparırlar. Beləliklə, təhlükəsizlik sistemindəki bu boşluğu aradan qaldırmaq üçün bütün mövcud resurslar cəlb edilib. Qəzetin yazdığına görə, yaranmış xaos səbəbindən son bir həftə ərzində neçə nəfərin Seutaya daxil olduğu və şəhəri tərk etdiyi barədə dəqiq məlumat yoxdur. Ən reallığa uyğun qiymətləndirmələrə görə, miqrantların təxminən 90%-i Mərakeşə qayıdıb.

İyulun sonunda on minlərlə qanunsuz miqrant üzərək, həmçinin şəhəri Mərakeşdən ayıran dalğaqıranı piyada keçərək muxtar şəhərə çata bilib. Böhran fonunda İspaniya hakimiyyəti yaşayış məntəqəsində təhlükəsizliyin təmin edilməsinə kömək üçün hərbçiləri cəlb etmək qərarına gəlib. Bundan əlavə, ən azı 72 nəfər Seuta ərazisinə çatmağa çalışarkən həlak olub. Miqrantların böyük əksəriyyətinin artıq Mərakeşə qayıtdığı güman edilir.

Məryəm Quliyeva