12:17
336
Fövqəladə Hallar Nazirliyinin (FHN) “112" qaynar telefon xəttinə Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində ən yaxın sularda xilasetmə məntəqəsindən 1, 3 kilometr aralı dənizdə nəzarətsiz ərazidə 3 nəfərin batması barədə məlumat daxil olub.
Bu barədə AZƏRTAC-a FHN-in mətbuat xidmətindən məlumat verilib. .
Bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.
Vətəndaş - 2009-cu il təvəllüdlü Aysel Rafiq qızı Həmidova xilas olunub ilkin yardım göstərilərək aidiyyəti üzrə təhvil verilib, 2014-cü il təvəllüdlü Əli Rafiq oğlu Həmidovun meyiti isə sahildə aşkar edilib.
Hazırda suda batdığı ehtimal olunan digər vətəndaş - 2004-cü il təvəllüdlü Ruslan Rafiq oğlu Həmidovun axtarışları davam etdirilir.
Əlavə məlumat veriləcək.