Oman sahillərində yük gəmisi atəşə tutulub Dünya

Oman sahillərində yük gəmisi atəşə tutulub

Oman sahillərində yük gəmisi atəşə tutulub.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə Böyük Britaniya Hərbi Dəniz Qüvvələrinə aid Dəniz Ticarət Daşımalarının Koordinasiyası Mərkəzi (UKMTO) məlumat verib.

"UKMTO Omanın Əl-Xəsab şəhərindən 20 dəniz mili şimal-şərqdə baş vermiş insident barədə məlumat alıb. Yük gəmisi naməlum mərminin ona dəydiyini bildirib", — deyə UKMTO-nun "X" hesabındakı bəyanatda qeyd olunur.

Britaniya hərbçiləri təhqiqata başlayıb, mülki gəmilərə isə bu ərazidən keçərkən daha ehtiyatlı olmaq tövsiyə edilib.

Məryəm Quliyeva