ABŞ Rusiyanın Quru Qoşunlarına və Müdafiə Nazirliyinin idarələrinə sanksiya tətbiq edib Dünya

ABŞ Rusiyanın Quru Qoşunlarına və Müdafiə Nazirliyinin idarələrinə sanksiya tətbiq edib

ABŞ İran, Şimali Koreya və Suriyaya dair kütləvi qırğın silahlarının yayılmaması haqqında daxili qanunun pozulduğu iddiası ilə Rusiyanın bir sıra strukturlarına, o cümlədən Quru Qoşunlarına və Müdafiə Nazirliyinin iki idarəsinə qarşı sanksiyalar tətbiq edib.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə Dövlət Departamentinin Federal Reyestrin saytında yerləşdirilən bildirişində deyilir.

"2026-cı il iyulun 24-də ABŞ hökuməti İran, Şimali Koreya və Suriyaya dair Silahların Yayılmaması Haqqında Qanunun 3-cü bölməsində nəzərdə tutulmuş tədbirləri tətbiq edib", — deyə bildirişdə qeyd olunur.

Məlumata görə, sanksiya siyahısına Rusiya Müdafiə Nazirliyinin Baş Raket-Artilleriya İdarəsi, nazirliyin Perspektiv Növlərarası Tədqiqatlar və Xüsusi Layihələr İdarəsi, Rusiya Quru Qoşunları, həmçinin 1061-ci Maddi-Texniki Təminat Mərkəzi daxil edilib. Məhdudiyyətlər, həmçinin "Gideon Alfa" şirkətinə və "International Invest Company" MMC-yə qarşı da tətbiq olunub.

Sanksiyalar onların törəmə strukturlarına və hər hansı hüquqi varislərinə şamil edilir.

Bundan əlavə, sanksiya siyahısına bir neçə fiziki şəxs də əlavə olunub.

Sanksiyalar ABŞ dövlət qurumları ilə 2 il müddətinə əməkdaşlığa qadağa qoyulmasını nəzərdə tutur.

Məryəm Quliyeva