“İrəvan iki Avrasiya platformasından uzaqlaşır?”
19 Avqust 23:50

Türkiyənin yeni geosiyasi xəritəsi
Ötən həftə Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AKP) 25 illik fəaliyyətinə dair vizyon sənədini açıqlayıb. NTV-nin xəbərinə görə, "Terorsuz Türkiyə" prosesinə geniş yer ayrılan sənəddə prosesin hər hansı vasitəçi olmadan, ictimai asayiş və təhlükəsizlikdən güzəştə gedilmədən davam etdirildiyi bildirilib.
Sənəddə qeyd olunub ki, dövlətin həyata keçirdiyi effektiv mübarizə nəticəsində PKK terror təşkilatı 2025-ci ildə özünü buraxmaq qərarı qəbul edib və silahı yerə qoyduğunu açıqlayıb.
Həmçinin "Terorsuz Türkiyə" prosesinin uğurla başa çatacağı təqdirdə bunun Türkiyə tarixinin ən böyük nailiyyətlərindən birinə çevriləcəyi vurğulanıb.
Sənəddə bildirilib ki, proses hər hansı danışıqlar və sövdələşmələr aparılmadan, ictimai asayiş və təhlükəsizlikdən heç bir güzəşt edilmədən həyata keçirilir. Qarşıya qoyulan hədəf yalnız Türkiyə ilə məhdudlaşmır.
"Suriya və İraq başda olmaqla, regionda "Terrorsuz Bölgə" vizyonunun həyata keçirilməsi də qarşıya məqsəd qoyulub", - sənəddə vurğulanıb.
Yıldız Texniki Universitetinin müəllimi, "Journal of Global Strategic Management" jurnalının baş redaktoru,
beynəlxalq strategiya üzrə mütəxəssis Prof. Dr. Cemal Zehirin sənədlə bağlı təhlilini təqdim edirik.
Birinci hissədə belə bir sual vermişdik: Terrordan azad Türkiyədən güclü Türkiyəyə necə keçəcəyik?
Bunun əsas cavabı iqtisadiyyatdır. Çünki XXI əsrdə hərbi güc və iqtisadi güc bir-birindən ayrı şəkildə nəzərdən keçirilə bilməz.
Terrorun sona çatması Türkiyə üçün əhəmiyyətli resurslar və enerji potensialı yarada bilər. Lakin bu imkanın avtomatik olaraq iqtisadi qazanca çevriləcəyini düşünmək səhv olardı. Türkiyə bunu məqsədyönlü bir strategiyaya çevirməlidir.
Sülh dvidentini istehsal dvidentə çevirmək
Türkiyənin terrorla mübarizə dövründə təhlükəsizliyə ayırdığı resursların bir hissəsi təhsilə, tədqiqat və inkişafa (Ar-Ge), yüksək texnologiyalara, infrastruktura, regional inkişafa və məhsuldar investisiyalara yönəldilməlidir.
Məqsəd sadəcə daha yüksək artıma nail olmaq deyil; məqsəd daha yüksək əlavə dəyər yaradan bir iqtisadiyyat qurmaqdır.
Türkiyə aşağı və orta texnologiyaya əsaslanan artım modelindən yüksək texnologiyalar, süni intellekt, müdafiə sənayesi, biotexnologiya, enerji texnologiyaları, çiplər, qabaqcıl istehsalat və maliyyə texnologiyaları sahələrinə keçid etməlidir.
Demoqrafiya: Görünməz strateji cəbhə
Türkiyənin qarşıdakı 20-30 il ərzində üzləşəcəyi ən kritik məsələlərdən biri onun demoqrafik quruluşudur.
Əhalinin qocalması, doğum səviyyəsinin azalması, gənc əhali üçün təhsilin keyfiyyəti və ixtisaslı işçi qüvvəsi Türkiyənin strateji rəqabət qabiliyyətinə birbaşa təsir göstərəcək. Buna görə də, Şərqi və Cənub-Şərqi Anadolunun iqtisadi inkişafı sadəcə regional məsələ deyil.
Bu, həmçinin Türkiyənin demoqrafik gələcəyi üçün də həlledici əhəmiyyət daşıyır. Gənc əhalinin bölgədə qalmasının, yaxşı təhsil almasının, işlə təmin olunmasının və istehsal prosesində iştirak etməsinin təmin edilməsi Türkiyənin ümumi insan kapitalını gücləndirəcək.
Şərq və Cənub Şərq: Türkiyənin yeni iqtisadi zolağı
Keçmişdə Türkiyənin şərq və cənub-şərq bölgələri əsasən təhlükəsizlik prizmasından qiymətləndirilirdi.
İndi isə bu regiona həm də geoiqtisadi mərkəz kimi baxılmalıdır.
Çünki Türkiyənin şərq hissəsi bu istiqamətlərə açılan bir qapı rolunu oynayır: İraq, İran, Qafqaz,Mərkəzi Asiya və Yaxın Şərq.
Buna görə də, regionun gələcəyi buvasitəsilə yenidən formalaşdırıla bilər: mütəşəkkil sənaye zonaları, logistika mərkəzləridəmir Yolları, sərhəd-keçid məntəqələri, enerji xətləri, kənd təsərrüfatı texnologiyaları, turizm və universitetlər.
Kərkük və İraq inkişaf yolu
Türkiyə üçün bu yeni dövrdə İraqın strateji əhəmiyyəti daha da arta bilər. Kərkük nefti, İraqın enerji ehtiyatları, İraq İnkişaf Yolu, Fars körfəzi, Türkiyənin limanları və Avropa bazarları bir-biri ilə əlaqələndirildikdə, son dərəcə əhəmiyyətli bir geoiqtisadi dəhliz meydana çıxır. Türkiyə bu kontekstdə sadəcə tranzit ölkə olmamalıdır.
Məqsəd istehsal + logistika + enerji + maliyyə + ticarət, elementlərindən ibarət bir ekosistem yaratmaqdır.
Kərkükdən gələn enerji sadəcə Türkiyədən keçib getməməli, həmçinin Türkiyənin enerji ticarəti, neft-kimya, emal, logistika və maliyyə sahələrindəki imkanlarına əlavə dəyər qatmalıdır.
Enerji mərkəzi kimi Türkiyə
Enerji, terrorizmdən azad bir Türkiyənin geoiqtisadi ölçülərindən biri olacaqdır.
Türkiyə, Azərbaycan, İraq, Rusiya, İran, Qara dəniz, Şərqi Aralıq dənizi və Türk dünyası ilə enerji əlaqələrini hərtərəfli şəkildə qiymətləndirməlidir. Məqsəd sadəcə enerji idxalını azaltmaq deyil.
Türkiyə enerji istehsal edən, nəql edən, saxlayan və onun ticarətini həyata keçirən, həmçinin qiymətqoyma mexanizmlərində söz sahibi olan bir ölkəyə çevrilməlidir.
Bu, Türkiyənin strateji müstəqilliyi üçün həyati əhəmiyyət kəsb edir.
Türkiyənin yeni geosiyasi xəritəsi
Gələcəkdə Türkiyənin iqtisadi gücünü yalnız İstanbul-Ankara-İzmir oxu çərçivəsində qiymətləndirmək kifayət etməyəcək.
Yeni iqtisadi xəritədə Qara dəniz, Şərqi Anadolu, Cənub-Şərqi Anadolu, İraq, Qafqaz və Mərkəzi Asiyanın bir-birinə bağlayan əlaqələr daha böyük əhəmiyyət qazanacaq.
Beləliklə, terrorizmdən azad olmuş Türkiyə Avrasiya iqtisadi inteqrasiyasındakı rolunu da gücləndirə bilər.
Avropa və Asiya arasında mərkəzi qovşaq
Türkiyənin strateji coğrafi mövqeyi böyük bir üstünlükdür. Lakin təkcə coğrafiya güc yaratmır. Gücü yaradan amillər bunlardır: infrastruktur, hüquq sistemi, texnologiya, kapital, insan resursları və strateji idarəetmə.
Əgər Türkiyə bu elementləri uğurla birləşdirə bilsə, o, sadəcə Avropa ilə Asiya arasında bir “körpü” deyil, həm də istehsal, enerji, logistika və maliyyə mərkəzinə çevrilə bilər.
Nəticə
Terrordan azad bir Türkiyənin iqtisadi hədəfi sadəcə “daha çox investisiya” cəlb etməklə məhdudlaşmamalıdır.
Hədəf: Məhsuldar bir Türkiyə.nəhsuldar Türkiyədən sonrakı mərhələ: texnoloji cəhətdən inkişaf etmiş bir Türkiyə. Texnoloji cəhətdən inkişaf etmiş Türkiyədən sonrakı mərhələ: enerji mərkəzi kimi Türkiyə və Avrasiyanın iqtisadi mərkəzlərindən biri kimi Türkiyə.
Lakin bunun reallaşması üçün Türkiyə iqtisadi strategiyası ilə yanaşı, təhsil, elm, texnologiya və insan kapitalı ilə bağlı siyasətini də yenidən formalaşdırmalıdır.
Cavid