Ankara ŞƏT ilə əlaqələri bütün sahələrdə inkişaf etdirmək niyyətindədir Dünya

Ankara ŞƏT ilə əlaqələri bütün sahələrdə inkişaf etdirmək niyyətindədir

Türkiyə Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) ilə hərtərəfli əməkdaşlığın inkişafına can atacaq.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə respublika Prezidenti Rəcəb Tayyib Ərdoğan təşkilatın Dövlət Başçıları Şurasının iclasında bəyan edib.

"Biz ŞƏT ilə bütün sahələrdə əməkdaşlığı inkişaf etdirməyə çalışacağıq. Biz onu yüksələn ulduz kimi görürük", — deyə Ərdoğan bildirib.

O, hesab edir ki, ŞƏT ilə əməkdaşlıq mövcud problemlərin sülh, dialoq və diplomatiya yolu ilə həllinin tərəfdarı olan Türkiyənin mənafelərinə cavab verir. "Biz həmçinin hesab edirik ki, ŞƏT enerji təchizatının təhlükəsizliyinin təmin edilməsi və xalqlarımızın rifahı üçün həlledici əhəmiyyət kəsb edən fasiləsiz və təhlükəsiz nəqliyyat dəhlizlərinin yaradılması kimi sahələrdə mühüm rol oynaya bilər", — deyə Türkiyə lideri vurğulayıb.

Məryəm Quliyeva