Kiyevdə təyyarəyə dron zərbəsi: ABŞ nümayəndələrinin səfəri öncəsi insident Dünya

Kiyevdə təyyarəyə dron zərbəsi: ABŞ nümayəndələrinin səfəri öncəsi insident

Ukraynalı deputat Kiyev hava limanında təyyarəyə hücum edildiyini bildirib.

Xalqcebhesi.az xəbər verir ki, Aleksey Qonçarenko Rusiya Silahlı Qüvvələrinin Julyanı hava limanında təyyarəyə dronla zərbə endirdiyini bəyan edib.

"Vitkoff və Kuşner şənbə günü Moskvaya səfər etdikdən sonra bazar günü Kiyevə gəlməli idilər. Bu təklifdə ən maraqlısı odur ki, onlar Boryspilə təyyarə ilə gəlməli idilər. Bu məsələ razılaşdırma mərhələsində idi. Amerikalılar tərəddüd edirdilər, lakin razılaşmağa kifayət qədər yaxın idilər. Və budur, bir neçə dəqiqə əvvəl rusiyalılar Julyanıda təyyarəyə dronla zərbə endirdilər", — deyə o yazıb.

Qonçarenkonun sözlərinə görə, zərbə hətta miqyaslı müharibədən əvvəl uçuşları dayandırılmış Sovet istehsalı Yak-40 təyyarələrinə dəyib.

Məryəm Quliyeva