"Dünya geosiyasi dəyişiklik astanasındadır" Dünya

"Dünya geosiyasi dəyişiklik astanasındadır"

İrana gözlənilən ABŞ və İsrailin son və qəti hücumu regional və beynəlxalq səviyyədə bir çox tarazlıqları yenidən formalaşdıracaq.

Bunu xalqcebhesi.az-a ƏHD Partiyasının ictimai-siyasi məsələlər üzrə katibi Azər Qasımov deyib.

"İranın ayaqda qalması bir tarazlıq yaradacaqsa, məğlub olması daha böyük geosiyasi dəyişiklik yaradacaq. Bura Rusiya və Ukrayna arasında aparılan danışıqlar, eyni zamanda, Rusiya ilə Avropa ölkələri arasındakı gərginliyi də əlavə etsək, vəziyyət heç də ürəkaçan görünmür. ABŞ bu məsələlərə yaşıl işıq yandırıb. Rusiyanın da ətrafına qarşı anneksionist planları açıq ifadə edilir. Rusiya zatən bunun üçün psixoloji baryeri çoxdan keçib. Hesab edirəm ki, Azərbaycan və Türkiyə öz aralarında bütün ssenariləri hazır olmaları üçün müzakirələri başlatmalıdırlar".

Cavid