12:02
441
Milli Məclisin plenar iclasında 8 Noyabr – Zəfər Günü münasibətilə bəyanat müzakirəyə çıxarılıb.
“Xalqcəbhəsi.az” verir ki, bəyanatı deputat Hikmət Babaoğlu oxuyur.
Bəyanatda qeyd olunub ki, 2020-ci ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə edilən tarixi Zəfər xalqın, Ordunun və dövlətin birliyi sayəsində mümkün olub.
Bildirilib ki, Vətən müharibəsi zamanı keçilməz hesab edilən müdafiə xətləri yarılıb, işğalçı qüvvələrə ağır zərbələr endirilib. Qələbənin ən şərəfli səhifələrindən biri isə noyabrın 8-də Şuşanın işğaldan azad edilməsi olub.
Bəyanatda vurğulanıb ki, Azərbaycan tarixi ədaləti və beynəlxalq hüququn norma və prinsiplərini bərpa edib.
Həmçinin qeyd edilib ki, Prezident İlham Əliyevin strateji baxışı, siyasi iradəsi, hərbi, diplomatik və informasiya sahələrində həyata keçirdiyi fəaliyyət milli gücün vahid hədəfə yönəldilməsinə imkan yaradıb.
Günel Elxan