Husilər Səudiyyə Ərəbistanının zərbə dronunu vurduqlarını açıqlayıblar Gündəm

Husilər Səudiyyə Ərəbistanının zərbə dronunu vurduqlarını açıqlayıblar

Yəmənin üsyançı "Ənsar Allah" hərəkatından olan husilər Taiz əyalətinin səmasında Səudiyyə Ərəbistanına məxsus kəşfiyyat və zərbə pilotsuz uçuş aparatını (PUA) vurublar.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə hərəkatın hərbi sözçüsü Yəhya Saria bildirib.

"Yəmən Silahlı Qüvvələri (üsyançıların qüvvələri nəzərdə tutulur) Səudiyyə düşməninə məxsus "Wing Loong II" zərbə və kəşfiyyat dronunu Taiz əyalətinin hava məkanında düşmənçilik tapşırıqlarını yerinə yetirərkən vurub", - deyə o, öz Telegram kanalında yazıb.

Məryəm Quliyeva