İsrail hərbçiləri Suriyanın cənubunda təmizləmə əməliyyatı aparıb Dünya

İsrail hərbçiləri Suriyanın cənubunda təmizləmə əməliyyatı aparıb

İsrail ordusunun xüsusi təyinatlı qüvvələri Suriyanın cənubundakı Cabata əl-Xəşəb yaşayış məntəqəsinə daxil olaraq orada yaşayış məhəllələrinin təmizlənməsi əməliyyatını həyata keçirib.

Xalqcebhesi.az "Sham TV" telekanalına istinadən xəbər verir ki, hərbçilər şübhəlilərdən birinə atəş açıblar; ayağından yaralanan şəxs əsir götürülüb.

Əvvəllər İsrail patrulları Vadi-Rəqqad kənd bölgəsində yoxlamalar apararaq yerli kəndliləri saxlayıb və dindiriblər. İşğalçı qüvvələrin bu hərəkətləri sakinlərin etirazına səbəb olub, cavab olaraq isə xəbərdarlıq atəşi açılıb. Telekanalın məlumatına görə, insident nəticəsində suriyalılar arasında yaralananlar var.

Məryəm Quliyeva