«ABŞ koalisiyası suriyalaları qırır, İŞİD-ə dəstək verir» Dünya

«ABŞ koalisiyası suriyalaları qırır, İŞİD-ə dəstək verir»

Xarici KİV-in verdiyi xəbərə görə, Suriyanın Birləşmiş Millətlər Təşkilatındakı (BMT) daimi nümayəndəsi Bəşər Cəfəri BMT-nin baş katibi Antoniu Quterrişə ünvanladığı məktubda bəyan edib ki, Amerika Birləşmiş Ştatlarının (ABŞ) başçılıq etdiyi koalisiya suriyalıların kütləvi qırğınını davam etdirir. Bu günə olan vəziyyətə onun əməliyyatlarının qurbanlarının sayı hesaba gəlməz qədər çoxalıb.
BMT baş katibinə və Təhlükəsizlik Şurasına (TŞ) ünvanlanmış sənəddə diplomat ABŞ və onun müttəfiqlərini İŞİD terrorçularını dəstəkləməkdə ittiham edib. O, diqqəti fevralın 25-də Deyr-əz-Zor əyalətinin Şəəf və Zahrat kəndlərinin koalisiya aviasiyası tərəfindən bombalanması nəticəsində yaşanmış dəhşətli insidentə yönəldib. Bu əməliyyat nəticəsində 29 nəfər dinc sakin həlak olub, onlarla mülki şəxs (əsasən qadınlar və uşaqlar!) yaralanıb: "Bundan başqa, yaşayış evləri, şəxsi mülkiyət və kənd təsərrüfatı ciddi zədə alıb" – deyə, Cəfəri qeyd edib.
Suriyalı diplomatın sözlərinə görə, "koalisiya suriyalıların kütləvi qətlini davam etdirir". "Bu günə olan vəziyyətə görə, belə qətllərin sayı hətta hesaba gəlmir. Bundan başqa, koalisiya əvvəlki kimi, yenə də İŞİD terrorçularının qalıqlarına kömək edir və Birləşmiş Ştatların göstərişi ilə onların əsasında Hasek, Rakka, Deyr-əz-Zor əyalətlərində separatçı qruplaşmalar yaratmağa can atır. Bu hərəkətər təsdiqləyir ki, bütün beynəlxalq hüquq normalarını ayaqlar altına alan koalisiyanın yeganə məqsədi Suriya Ərəb Respublikasının (SƏR) suverenliyini, vahidliyini və ərazi bütövlüyünü pozmaqan ibarətdir" – deyə, diplomat yazıb.
Cəfəri TŞ-ı, koalisiya tərəfindən bu ölkədə həyata keçirilən hərbi cinayətlərə və insanlığa qarşı törədilən cinayətlərə ləngimədən son qoymağa çağırıb. Onun sözlərinə görə, BMT TŞ həm də Birləşmiş Ştatların Suriyada qeyri-qanuni iştirakına son qoymalı və onun Suriyanı parçalamq məqsədli qanlı planlarını yerinə yetirməyə imkan verməməlidir.