Uitkoff: Ukrayna üzrə Əbu-Dabi danışıqları müsbət ab-havada keçib Gündəm

Uitkoff: Ukrayna üzrə Əbu-Dabi danışıqları müsbət ab-havada keçib

Rusiya Prezidenti Vladimir Putinin amerikalı danışıqlar aparıcıları Stiv Uitkoff və Cared Kuşnerlə görüşü Kreml sarayında başlayıb.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə "İnterfaks" məlumat yayıb.

Danışıqlar zamanı Uitkoff Ukrayna məsələsi üzrə Əbu-Dabidə keçirilmiş üçtərəfli görüşün müsbət ab-havada baş tutduğunu qeyd edib.

"Rusiya və Ukrayna nümayəndə heyətləri Əbu-Dabidəki danışıqlarda səmərəli işlədilər", - deyə ABŞ prezidentinin xüsusi nümayəndəsi bildirib.

Uitkoff, həmçinin Putinə Kremlə yeni görüşə görə təşəkkür edib və Ukrayna üzrə işlərin üçtərəfli formatda bərpa olunduğunu elan etməkdən məmnun olduğunu bildirib.

Məryəm Quliyeva