14:34
238
Avropa Şurasının Baş katibi Alen Berse noyabrın 27-si cümə günü səhər saatlarında Kiyevə gəlib.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə o, "X" sosial şəbəkəsində məlumat verib.
Kiyevə gəldikdən sonra Berse vurğulayıb ki, Ukrayna üçün ədalətli və davamlı sülh "məsuliyyət, insan hüquqları və aliliyinin prinsiplərinə əsaslanmalıdır". Onun sözlərinə görə, növbəti iki gün ərzində bu məqsədə nail olmaq istiqamətində Avropa Şurasının fəaliyyətini irəlilətmək üçün Ukrayna rəhbərliyi ilə görüşlər keçirəcək.
Məryəm Quliyeva