İran HDQ-nin xüsusi təyinatlıları ABŞ-nin ələ keçirdiyi iki tankeri geri aldığını bildirib Dünya

İran HDQ-nin xüsusi təyinatlıları ABŞ-nin ələ keçirdiyi iki tankeri geri aldığını bildirib

İran Ordusu Hərbi Dəniz Qüvvələrinin xüsusi təyinatlı bölmələri ABŞ hərbçiləri tərəfindən ələ keçirilmiş iki İran tankerini geri qaytarıb.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə İslam Respublikasının Hərbi Dəniz Qüvvələrinin komandanı Şəhram İrani məlumat verib.

"ABŞ ordusu iki İran tankerini oğurlamışdı, lakin Hərbi Dəniz Qüvvələrinin xüsusi təyinatlı döyüşçüləri amerikalılar yatarkən gəmilərə qalxaraq onları geri qaytardılar", – deyə onun sözlərini İranın "Fars" agentliyi sitat gətirib.

İraninin sözlərinə görə, ABŞ hərbçiləri gəmi sahiblərindən Hörmüz boğazından keçidi təmin etmək üçün pul alırlar. "Gəmilər zərbələrə məruz qaldıqda isə ABŞ məsuliyyəti öz üzərinə götürmür və pulu geri qaytarmır", – o qeyd edib.

Məryəm Quliyeva