13:33
266
Yaponiyada üçüncü uşağın dünyaya gəlməsinə görə 62 min dollar məbləğində ödəniş verilməsi planlaşdırılır.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə Yaponiya ictimai televiziyası məlumat yayıb.
Müvafiq təşəbbüs ölkədə doğum səviyyəsinin aşağı düşməsi ilə mübarizəyə yönəlmiş tövsiyələr paketinə daxil ediləcək. Qeyd olunur ki, ailədə üçüncü uşaqdan başlayaraq dünyaya gələn hər bir uşağa görə 62 min dollar ödənilməsi nəzərdə tutulur.
Məryəm Quliyeva