Türkiyə Avropa nəhəngi ilə soyuqluğu aradan qaldırır Dünya
"Son günlər ilk baxışda adi görünsə də, əslində, münasibətlərə ciddi xələl gətirən Məsud Özillə bağlı yaranmış problemə Türkiyənin reaksiyası Almaniyada narahatlıq yaradıb".
Bu sözləri açıqlamasında beynəlxalq əlaqələr üzrə ekspert Elşən Mustafayev deyib. O bildirib ki, Ərdoğanın sentyabr ayı üçün Almaniyaya səfər edəcəyi barədə məlumatlar ilk növbədə Qərb mətbuatında yer alıb:"Son iki ildə gərgin münasibətlərdə olduğu bir ölkəyə səfərin planlaşdırılması hər iki ölkənin aralarında olan soyuqluğu ortadan qaldırmağa xidmət edir. Əminəm ki, bu görüşün alınması üçün təşəbbüs hər iki tərəfdən gəlib. Almaniya üçün indiki məqamda Türkiyə ilə gərgin münasibətlər saxlamaq regiondakı məsələlər və enerji təhlükəsizliyinin təmin edilməsi layihələrinin ortada olması səbəbindən arzuolunmazdır. Bu məsələyə Merkelin verdiyi laqeyd münasibət də böyük müzakirələrə yol açmışdı. Amma keçmiş xarici işlər naziri, hazırda isə Almaniya prezidenti olan Frank Valter-Ştaynmayerin məsələ ilə bağlı göstərdiyi münasibət yerində və anında olmaqla yanaşı, qarşı tərəfdən də müsbət reaksiyalara səbəb olmuşdu. Ərdoğanın məhz Valter-Ştaynmayerlə görüşəcəyi ilə bağlı məlumatlar da hesab edirəm ki, soyuqluğun aradan qaldırılmasında maraqlı olması ilə bağlıdır".
Ekspert qeyd edib ki, Almaniya son NATO sammitində Rusiya ilə qaz layihələri üzərində işlədiyi üçün Tramp tərəfindən kəskin tənqidlərə tuş gəlib:
"Bununla ABŞ Almaniyanın Rusiya ilə bağlı siyasətindən narazı olduğunu anlatmışdı. Amma Almaniya enerji təhlükəsizliyini təmin etmək üçün bu layihələrdə iştirak etmək məcburiyyətində olduğundan geri çəkiləcəyi görünmür. Türkiyə də bu layihələrin bir hissəsinin içərisində olan dövlət kimi onun maraq dairəsindədir. Ola bilsin ki, payızdan sonra Almaniya Türkiyə münasibətləri normal düzənə düşsün".
Ekspert vurğulayıb ki, Almaniya və Türkiyə arasında ABŞ əleyhinə hər hansı rəsmi və ya qeyri-rəsmi ittifaqın yaradılacağını düşünmür:
"Almaniya üçün ABŞ-la aralarında olan anlaşılmazlıqları həll etmək, fərqli fikirdə olduqları məsələlərdə uzlaşmaq daha məqsədəuyğundur. NATO üzvü olan Türkiyə də eyni vəziyyətdədir. Bu səbəbdən səfərin hər iki dövlətin münasibətlərinə müsbət təsir edəcəyi gözlənilsə də, ABŞ-a qarşı planlı şəkildə hansısa birliyin formalaşacağı inandırıcı deyil".
Qeyd edək ki, "Bild" qəzeti Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sentyabr ayında Almaniyaya səfər edəcəyi ilə bağlı informasiya yayıb.