“Putin Ukraynaya muzdlu döyüşçülər göndərir” Dünya

“Putin Ukraynaya muzdlu döyüşçülər göndərir”

Saakaşvili: "O, sülh danışıqlarını sadəcə "pərdə" kimi istifadə edir"

Cavid

"Yaxın 4-6 həftə ərzində Ukrayna hökuməti ölkənin cənub-şərq vilayətlərindəki böhranla bağlı konkret addımlar atmasa, Putin Ukraynanın digər regionlarında da silahlı toqquşmalar təşkil edəcək". Bunu isə Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili deyib.
Saakaşvilinin sözlərinə görə, Putin Ukraynaya muzdlu döyüşçülər göndərərək silahlı toqquşmalar yaratmaqla ölkəni zəiflətməyə çalışır.
"Putin sülh danışıqlarını sadəcə "pərdə" kimi istifadə edir. O, sülh danışıqlarını ən azı avqust ayına kimi davam etdirəcək. Çünki danışıqlar davam etdiyi müddətdə Ukraynanın cənub-şərq vilayətlərinin əhalisi Rusiyaya keçəcək. Artıq bu proses başlayıb. Əhalinin qaçması nəticəsində Ukrayna iqtisadiyyatına güclü zərbə vurulacaq və iqtisadi böhran hökm sürəcək. Nəticədə Putin iqtisadi böhran nəticəsində zəifləyən Ukrayna ilə bağlı planlarını həyata keçirməyə başlayacaq", deyə Saakaşvili bildirib.