NATO Qara dənizdə hərbi gücünü artırır Dünya

NATO Qara dənizdə hərbi gücünü artırır

ABŞ-ın hərbi-dəniz qüvvələrinin "Vella Gulf" kreyseri bu gün Qara dənizə daxil olacaq. Bu gəmi Qara dənizdə sonuncu dəfə 23 may-12 iyun tarixlərində olub. Hazırda Qara dəniz akvatoriyasında NATO-nun iki gəmisi var. Bunlar Fransanın "Dupuy-de-Lome" hərbi kəşfiyyat gəmisi və İtaliyanın "Elettra" kəşfiyyat gəmisidir. Bundan başqa italyan raket freqatının rəhbərliyi ilə NATO-nun dörd hərbi gəmisi 4 iyul tarixində Qara dənizə daxil olmuşdu. "Avier" raket freqatı, "Rimini" minaaxtaran gəmi (hər ikisi İtaliyaya məxsusdur), "Maçitis" yunan korveti və "Akçey" türk balıq gəmisi Bolqarıstan Hərbi-Dəniz Qüvvələri ilə birgə "Sahil küləyi" adlı təlimlərdə iştirak edir. Bu gəmilər NATO-nun Neapoldakı Hərbi-Dəniz Qüvvələri komandanlığına tabedir.
Bundan əvvəl isə Rusiya Müdafiə Nazirliyindəki mənbə "RİA-Novosti" xəbər agentliyini bildirib ki, Rusiyanın Qara dəniz donanmasının aviasiya qüvvələri NATO-nun Qara dəniz akvatoriyasındakı gəmilərin bütün hərəkətlərəni izləyir.
Montre konvensiyasına əsasən, sahilyanı olmayan dövlətlərin hərbi gəmiləri Qara dənizdə 21 gündəm çox olmamalıdır. Ukrayna hadisələrinin başlanmasından sonra Qara dənizə daxil olan ABŞ-ın "USS Taylor" gəmisi bu müddəanı pozaraq 11 gün daha çox qalmışdı.